Türkiyə Cümhuriyyət Mərkəzi Bankının Pul Siyasəti Komitəsi mart ayı iclasında siyasət faizini dəyişməz saxlamaq qərarına gəlib.
GDP xəbər verir ki, bununla siyasət faizi olan bir həftəlik repo tender faiz dərəcəsi 37% səviyyəsində qaldı.
İqtisadçıların böyük əksəriyyətinin proqnozlarına uyğun olaraq qəbul edilən bu qərarla yanaşı, Mərkəzi Bank gecəlik borc vermə faiz dərəcəsini 40 faizdə, gecəlik borclanma faiz dərəcəsini isə 35,5 faizdə sabit saxladı.
Mərkəzi Bank öz açıqlamasında faiz dərəcələrinin mövcud səviyyələrdə qorunub saxlanıldığını rəsmi olaraq təsdiqlədi.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı son illər yüksək inflyasiya ilə mübarizə çərçivəsində ardıcıl faiz artımları həyata keçirmiş, hazırda isə mövcud pul siyasəti mövqeyini qoruyub saxlamağa üstünlük verir.

