Türkiyənin BRİKS-ə qoşulmaq istəyini açıqlayıb.
GDP Türkiyənin bu istəyinin arxasında duran səbəblərdən biri kimi ölkədə inflyasiya rekord həddə – 75%-ə yüksəlməsini göstərir.
Türkiyə 2022-ci ilin fevralından sonra Rusiyanın əsas ticarət tərəfdaşlarından biri olub – 2022-ci ilin sonuna qədər ticarət dövriyyəsi təxminən iki dəfə artıb. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsində 20-25% azalma olub. Dekabr ayından isə ikinci dərəcəli sanksiyalara görə Rusiya ilə Türkiyə arasında özəl ticarət praktiki olaraq dayanıb.
Nəticələr özünü çox gözlətməyib. Türkiyə üçün son dərəcə əlverişli ticarətin zirvəsində inflyasiya 38%-ə düşüb. İndi o, 2022-ci ilin noyabrından bu yana rekord vurub – 75,45% təşkil edib.
Aydındır ki, Rusiya ilə ticarətin dayandırılması Türkiyənin inflyasiya sürətini artırmasının yeganə səbəbi deyil. Amma onun mühüm amilə çevrilməsi də danılmazdır, çünki özünün pik dövründə Rusiya ölkənin əsas və ən böyük ticarət tərəfdaşı idi.
BRİKS-ə qoşulmaq türk biznesi üçün yeni imkanlar açacaq.