ABŞ-ın prezidentinin keçid komandasının rəhbəri Robert Uilki bildirib ki, əgər Vladimir Putin Ukrayna ilə bağlı razılığa gəlməsə, Amerika Birləşmiş Ştatları dünya bazarına neft tədarükünü kəskin şəkildə artıracaq və qiyməti bir barel üçün 40 dollar və ya daha aşağı endirəcək.
GDP xəbər verir ki, onun sözlərinə görə, bu strategiya Rusiya iqtisadiyyatına ciddi təzyiq göstərməklə yanaşı, Putin rejiminin müharibə iqtisadiyyatını iflas vəziyyətinə gətirə bilər.
Robert Uilki qeyd edib ki, ABŞ-ın qlobal neft bazarında aparıcı mövqeyi onun bu təsir mexanizmini reallaşdırmasına imkan verəcək. Əsas məqsəd Ukraynadakı müharibəni iqtisadi vasitələrlə dayandırmaq və Rusiyanın hərbi fəaliyyətinə sərt iqtisadi cavab verməkdir.