Kiyev 2025-ci il yanvarın 1-dən Rusiya nefti və qazının Avropaya tranzitini dayandıracaq, lakin bunu başqa ölkələrdən həyata keçirməyə hazırdır.
GDP xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib. O, xüsusilə Qazaxıstan və Azərbaycanın adını çəkib.
Onun sözlərinə görə, hansısa Avropa ölkəsi Qazaxıstandan və ya Azərbaycandan qaz almağı zəruri hesab edərsə, Ukrayna “onu nəql etməyə hazırdır”. Bunun üçün “Ukraynanın keçid rolunun ayrıca göstəriləcəyi müvafiq logistika, sorğu, müqavilə razılaşmaları olmalıdır”, – Podolyak əlavə edib