Himayəçilər Şurasının qərarı ilə İcbari Sığorta Bürosunun (Büro) rəhbərliyində dəyişiklik edilib.
GDP xəbər verir ki,Vüsal Məsiyev Hamlet oğlu Büronun icraçı direktoru vəzifəsinə təyin olunmuşdur. Vusal Məsiyev daha əvvəl İcbari Sığorta Bürosunun Baş İnformasiya Meneceri vəzifəsində çalışmişdır. Qeyd edək ki, 2022-2024-cü illərdə DOST rəqəmsal innovasiyalar agentliyində direktor müavini vəzifəsində, 2021-2022-ci illərdə Dövlət Məşgulluq Xidmətində idarə heyətinin sədrinin müşaviri vəzifəsində və 2005-2019-cu illərdə Cibernet MMC-də Texniki direktor vəzifəsində çalışmışdır.