Azərbaycanda təhsil xərcləri proqnozdan 136 milyon manat az ola bilər
GDP xəbər verir ki, 2026-cı ildə dövlət büdcəsindən təhsilə 4 milyard 880,1 milyon manat xərclənəcəyi gözlənilir.
Maliyyə Nazirliyinin məlumatına görə, təsdiq edilmiş büdcədə təhsil xərcləri 5 milyard 16,4 milyon manat nəzərdə tutulub. Beləliklə, faktiki xərclərin proqnozdan 136,3 milyon manat və ya 2,7% az olması gözlənilir.
Səhiyyə xərclərinin isə təsdiq edilmiş 2 milyard 24,3 milyon manata qarşı 1 milyard 987,3 milyon manat və ya 37,1 milyon manat az olacağı proqnozlaşdırılır.

