2026-cı ilin birinci yarısında Azərbaycanda elektron dövlət satınalmaları nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, yanvar–iyun aylarında ümumilikdə 3 489 elektron satınalma keçirilib. Bu satınalmaların ümumi məbləği 1,7 milyard manat təşkil edib.
Hesabat dövründə elektron satınalmalar nəticəsində qənaət olunan 294,3 milyon manatın ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7% olub.
Agentlik bildirir ki, əldə edilən nəticələr dövlət vəsaitlərindən daha səmərəli istifadəyə, maliyyə intizamının gücləndirilməsinə, əlavə xərclərin minimuma endirilməsinə və satınalma məsrəflərinin optimallaşdırılmasına imkan yaradıb.
Dövlət satınalmalarında rəqabət göstəricilərinə əsasən, ilin ilk 6 ayında açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı 3,5 olub. Açıq tender metodu üzrə bu göstərici 3,7, kotirovka sorğusu metodu üzrə isə 3,4 təşkil edib.
Agentlik hesab edir ki, dövlət satınalmalarında çoxiştirakçılığın təmin olunması sahibkarların dövlət sifarişlərinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, iqtisadi fəallığın stimullaşdırılmasına və satınalma nəticələrinin daha səmərəli formalaşmasına xidmət edir.
Trending
- Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb
- Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
- Bu gündən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycan manatında bəyan ediləcək
- Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi
- Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı
- Niderland 86 ton qızılı Londona daşıyıb
- Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb
- Yaponiya Mərkəzi Bankı yenin məzənnəsini dəstəkləmək üçün bazara müdaxilə edib

