2026-cı ilin birinci yarısında Azərbaycanda elektron dövlət satınalmaları nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, yanvar–iyun aylarında ümumilikdə 3 489 elektron satınalma keçirilib. Bu satınalmaların ümumi məbləği 1,7 milyard manat təşkil edib.
Hesabat dövründə elektron satınalmalar nəticəsində qənaət olunan 294,3 milyon manatın ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7% olub.
Agentlik bildirir ki, əldə edilən nəticələr dövlət vəsaitlərindən daha səmərəli istifadəyə, maliyyə intizamının gücləndirilməsinə, əlavə xərclərin minimuma endirilməsinə və satınalma məsrəflərinin optimallaşdırılmasına imkan yaradıb.
Dövlət satınalmalarında rəqabət göstəricilərinə əsasən, ilin ilk 6 ayında açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı 3,5 olub. Açıq tender metodu üzrə bu göstərici 3,7, kotirovka sorğusu metodu üzrə isə 3,4 təşkil edib.
Agentlik hesab edir ki, dövlət satınalmalarında çoxiştirakçılığın təmin olunması sahibkarların dövlət sifarişlərinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, iqtisadi fəallığın stimullaşdırılmasına və satınalma nəticələrinin daha səmərəli formalaşmasına xidmət edir.
Trending
- Mərkəzi Bank maliyyə sektoru üçün sertifikatlaşdırma prosesinə başlayır
- 3 489 elektron satınalma keçirilib, büdcəyə 294,3 milyon manat qənaət olunub
- Mirzə Mirzəyev: “Dövlət satınalmalarında rəqabətin gücləndirilməsi əsas prioritetlərdəndir”
- DVX Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlayıb
- SOCAR-ın 86,3 milyard manatlıq gəlirinin cəmi 3 milyardı xalis mənfəətə çevrilib
- Alüminium zəif tələbat fonunda ardıcıl üçüncü gündür ucuzlaşır
- Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə başlayacaq
- OPEC-in aylıq neft bazarı hesabatı

