Rusiya daşlarına qarşı məhdudiyyətlərin tətbiqindən sonra Avropa İttifaqının(Aİ) almaz ixracından əldə etdiyi gəlirlər 1,5 dəfə azalaraq bu ilin ilk altı ayında 3,2 milyard avroya düşüb.
GDP xəbər verir ki, bu rəqəmin pandemiyadan bəri ən aşağı göstəricidir.
Qeyd edək ki, Rusiyadan çəkisi yarım karatdan çox olan almazların G7 və Aİ ölkələrinə idxalı qadağandır. Üstəlik, biznes hər daşın Rusiyadan gətirildiyini sübut etmək üçün sertifikatlaşdırmalı olacaq.