Close Menu
    What's Hot

    Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

    24 İyun 2026

    Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

    24 İyun 2026

    24 İyun 2026
    Trending
    • Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
    • Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
    • Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
    • Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?
    • Taleh Kazımov: “Sudanla pul siyasəti və maliyyə texnologiyaları sahəsində əməkdaşlığı gücləndiririk”
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

      24 İyun 2026
      Recent

      Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

      24 İyun 2026

      Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

      24 İyun 2026

      24 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026
      Recent

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026

      Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

      17 İyun 2026

      “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

      16 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Turizm » Dubay İqtisadiyyat və Turizm Departamenti Azərbaycanda ən qabaqcıl turizm imkanlarını nümayiş etdirir
    Bu günün xəbərləri

    Dubay İqtisadiyyat və Turizm Departamenti Azərbaycanda ən qabaqcıl turizm imkanlarını nümayiş etdirir

    02 Sentyabr 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakıda keçirilən əlamətdar tədbirdə Dubay İqtisadiyyat və Turizm Departamenti (DET) 2023-cü ildə Azərbaycandan olan ziyarətçi sayının rekord həddə çatdığını açıqlayıb. Belə ki, ötən illə müqayisədə azərbaycanlı turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım (69%) qeyd olunub.

    GDP xəbər verir ki, bu artım tempi 2024-cü ildə də davam edir, çünki ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan gələn ziyarətçilərin sayında 62% artım müşahidə olunub. Bu isə Dubayın cəlbediciliyinin artdığını göstərir. Dubay və Bakı arasında birbaşa hava əlaqəsinin gücləndirilməsi isə iki şəhər arasında əlaqələri daha da möhkəmləndirir.

    Dubaya beynəlxalq turist axını artmaqda davam edir. 2023-cü ildə Dubay 17,15 milyon əcnəbi ziyarətçini qəbul edərək yeni rekorda imza atmışdır. Bu yüksəliş meyli 2024-cü ildə də davam etmişdir — yanvar-iyun ayları arasında şəhəri ziyarət edən beynəlxalq turist sayı 9,31 milyon təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

    “Azərbaycan Dubay üçün yüksək perspektivli bir bazar kimi formalaşır. 2023-cü ildə azərbaycanlı turistlərin sayında nəzərəçarpacaq dərəcədə artımın (69%) olması və bu rəqəmin davamlı şəkildə artması bizi məmnun edir. Bu irəliləyiş bölgələrimiz arasında əlaqələrin dərinləşməsini göstərir və Dubayın ümumdünya turizm məkanı kimi mövqeyini bir daha təsdiqləyir. Turizm infrastrukturunun inkişafı və unikal təcrübələr təqdim etmək üzrə göstərdiyimiz səylər nəticəsində Azərbaycandan olan ziyarətçilərimiz Dubayda öz vaxtlarını unudulmaz, rahat və təhlükəsiz şəkildə keçirə bilir”. Bu sözləri Dubayın İqtisadiyyat və Turizm Departamentinin (DET) Asiya-Sakit Okean bölgəsində Beynəlxalq Əməliyyatlar üzrə Bölgə Direktoru Şahab Şayan bildirib.

    Dubayın görkəmli nailiyyətləri beynəlxalq səviyyədə də məşhurdur. Belə ki, 2024-cü ilin əvvəlində şəhər Tripadvisor Travellers’ Choice Awards tərəfindən ən yaxşı turizm istiqamətləri siyahısında ardıcıl üçüncü dəfə birinci yerə layiq görülmüşdür.

    Dubay yeni attraksionlar açmaqla və dünyanın hər yerindən turistləri cəlb edən müxtəlif tədbirlərə ev sahibliyi etməklə, ümumdünya istirahət və əyləncə mərkəzi kimi nüfuzunu artırmağa davam edir. Ən son mühüm hadisələrdən biri Dubai Parks and Resorts-da dünyaca məşhur Real Madrid futbol klubunun dəstəyi ilə fəaliyyət göstərən “Real Madrid World” tematik parkının açılışı olmuşdur. Bu, ötən ilin oktyabrında DET və Real Madrid futbol klubunun arasında imzalanmaqla hər iki təşkilatın inkişafı üçün yeni perspektivlər vəd edən və Dubayın “D33” iqtisadi inkişaf proqramının məqsədlərinə cavab verən uzunmüddətli saziş sayəsində mümkün olmuşdur.

    Dubayın kulinariya ənənələri şəhərin turizm strategiyasında həmçinin həlledici rol oynayır. Şəhər “Yaxın Şərq və Şimali Afrikanın 50 ən yaxşı restoranı” kimi nüfuzlu reytinqlərdə tez-tez yer alan restoranları ilə ümumdünya kulinariya mərkəzi kimi tanınır. 2022-ci ildən başlayaraq Dubayın artıq öz “Mişlen Bələdçisi” var. Nəşrin üçüncü buraxılışı iyul ayında işıq üzü görmüşdür. Bu yay mövsümündə şəhər hər il keçirilən ənənəvi Dubai Summer Surprises alış-veriş festivalına ev sahibliyi etmişdir (28 iyun – 1 sentyabr). Tədbir çərçivəsində 100-dən çox mehmanxana 12 yaşdan kiçik uşaqlara pulsuz qalmaq, yemək yemək və attraksionlardan istifadə etmək imkanı verən “Kids Go Free” kampaniyasında iştirak etmişdir. Dubai Shopping Festival (13 dekabr – 19 yanvar) daxil olmaqla, Dubai Summer Surprises və il boyu keçirilən digər tədbir və festivallarla yanaşı şəhərin müxtəlif ticarət mərkəzlərində və digər alış-veriş məkanlarında pərakəndə satış və təklif kampaniyaları təqdim olunur.

    2024-cü ilin BƏƏ-də Davamlılıq İli elan olduğunu nəzərə alaraq, Dubay davamlı inkişafa sadiq qalır. Bu məzmunda turizm sektoru və mehmanxana təsərrüfatı müxtəlif proqram və layihələr vasitəsilə mühüm rol oynayır. Diqqətçəkən təşəbbüslərdən biri “Dubai Can” layihəsi çərçivəsində həyata keçirilən “Refill for Life” kampaniyasıdır. 2022-ci ildən icrasına başlanılmış bu layihə nəticəsində 23 milyon ədəddən çox 500 ml-lik plastik qabın istifadəsinə qənaət olunmuşdur. “Dubay Reef” layihəsinin məqsədi isə bölgədə balıq ehtiyatları və dəniz biomüxtəlifliyinin həcmini artırmaqla dünyanın ən böyük dəniz rifi yaratmaqdır.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?

    18 İyun 2026

    İranın “Fars” agentliyi hədəf siyahısını yeniləyib: İlon Maskın aktivləri da daxil edilib

    12 İyun 2026

    Aİ Hörmüz boğazının bağlanmasında iştirak edən İran subyektlərinə ilk dəfə sanksiya tətbiq edib

    08 İyun 2026

    Avropa İttifaqı Temu platformasını 200 milyon avro cərimələdi

    01 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.