Apple gələn ildən etibarən satılan bütün iPhone modellərində Cupertino şirkətinin aşağı səviyyəli modelləri üçün istifadə etməyə davam etdiyi maye kristal displeylər (LCD) əvəzinə orqanik işıq yayan diod (OLED) displeylərdən istifadə edəcək.
GDP xəbər verir ki,LCD displeylərdən imtina iki yapon təchizatçısı olan Japan Display (JDI) və Sharp ilə işgüzar əlaqələrin dayandırılmasına səbəb olacaq.
Bu iki şirkət on il əvvəl iPhone ekranlarının ümumi 70 faizinə sahib idi, lakin Apple son illərdə qiyməti aşağı olan modellərdən başqa bütün modellərin ekranını OLED-ə keçirdi.
Cənubi Koreya və Çin OLED displey istehsalında liderlik edir və Apple artıq Çin firması Boe Technology Group və Cənubi Koreyanın LG Display ilə yeni iPhone SE ekranlarını sifariş verib.