“Qazprom Neft”in rəhbəri Aleksandr Dyukovun sözlərinə görə, hazırda bazar müxtəlif amillərin təzyiqi altındadır.
“Bu, Liviyanın bazara gündə 0,5 milyon barel əlavə edəcəyinə dair gözləntidir və buna uyğun olaraq, bir sıra böyük dünya iqtisadiyyatlarında artımda müəyyən bir yavaşlama müşahidə olunur ”, – Dyukov bildirib.
“Lakin bu, neft bazarının qiymət korreksiyası dövrünü ilk dəfə keçirmir”, – deyə “Qazprom Neft”in rəhbəri qeyd edib. O vurğulayıb ki, OPEC+ sazişin parametrləri və könüllü ixtisarlar barədə qərar verməzdən əvvəl bütün bu amilləri ölçüb-biçməlidir.
Qeyd edək ki, bir gün əvvəl OPEC+ nümayəndələri arasında adı açıqlanmayan Bloomberg mənbələri alyansın neft hasilatının oktyabr ayından planlaşdırılan artımını sutkada 180 min barel təxirə salmaq qərarına gəlməyə yaxın olduğunu bildirmişdilər.