Avropa Məhkəməsinin qərarına əsasən, “Apple” şirkəti İrlandiyanın vergi güzəştlərindən qanunsuz istifadə edib və şirkət 14 milyard avro məbləğində vəsait ödəməlidir.
GDP xəbər verir ki, İrlandiya rəsmiləri bu il ölkə büdcəsində milli gəlirin 7,5%-i həcmində, 2025-ci ildə isə 2,9% həcmində profisit proqnozlaşdırır.
Eyni zamanda, İrlandiyanın iqtisadi artımı davam edir. Gözləntilərə görə, ümumi milli gəlir bu il 4,9%, 2025-ci ildə isə 2,7% artacaq.
İrlandiya Maliyyə Nazirliyinin məlumatına görə, “Apple” şirkətindən alınan ödəniş və güclü iqtisadi artım ölkənin maliyyə vəziyyətinə əhəmiyyətli müsbət təsir göstərib.