Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp ölkənin 35 trilyon dollarlıq dövlət borcunun ödənilməsi üçün qeyri-adi üsul – kriptovalyutadan istifadə etməyi təklif edib.
GDP xəbər verir ki, daha əvvəl ABŞ-ın hər iki əsas partiyası fövqəladə vəziyyət olmadığı təqdirdə dövlət borcu və büdcə kəsirinin həcmini nəzərə almamaq qərarına gəlib.
“35 trilyon dolları kriptovalyuta ilə ödəməyi təklif edirəm. Kiçik bir kağızda yazacağam: ’35 trilyon kriptovalyutada – bizim borcumuz yoxdur'”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ-ın hazırkı dövlət borcu rekord həddə – 35 trilyon dollar səviyyəsinə çatıb. Trampın seçki kampaniyası çərçivəsində səsləndirilən bu təklif maliyyə ekspertləri tərəfindən tənqidlə qarşılanıb. Ekspertlər bu cür təklifin praktiki olaraq həyata keçirilməsinin mümkün olmadığını bildirirlər.