Çin hakimiyyəti TikTok-un ABŞ-dakı biznesini Elon Maska satmağı düşünür
GDP xəbərinə görə Bloomberg məlumatlı mənbələrə istinadən yazır ki, bu seçim qısa videoların yaradılması və baxılması xidməti onun tətbiqinin ABŞ-da istifadəsinə qoyulan qadağaya etiraz edə bilmədikdə mümkündür.
Eyni zamanda, mənbələr Çin hökumətinin TikTok-u ana şirkəti ByteDance Ltd-nin nəzarəti altında saxlamağa üstünlük verdiyini vurğulayır.
Xidmətin qadağan edilməsi ilə bağlı ABŞ Ali Məhkəməsinə şikayət verilir, lakin çox güman ki, hakimlər qadağanı qüvvədə saxlayacaqlar.