Britaniya-Hollandiya neft və qaz şirkəti Shell, 2024-cü ilin dördüncü rübündəki xalis mənfəətini əvvəlki rübdən 39% azaldıb ki, bu da analitiklərin gözləntisindən aşağıdır.
GDP xəbər verir ki,şirkətin xalis mənfəəti oktyabr-dekabr aylarında əvvəlki rübdəki 6,03 milyard dollarla müqayisədə 3,66 milyard dollar təşkil edib. Şirkətin özü tərəfindən təqdim edilən ekspertlərin konsensus proqnozu 4,1 milyard dollara bərabər idi.
Xalis EBITDA əvvəlki rübdəki 16,01 milyard dollardan 14,28 milyard dollara düşüb.
Neft və qaz nəhənginin hesabatında deyilir ki, xalis mənfəət iyul-sentyabr aylarında 4,29 milyard dollarla müqayisədə 928 milyon dollar təşkil edib.
Shell, növbəti rüblük hesabat dərc olunana qədər 3,5 milyard dollarlıq səhmlərin geri alınması proqramını həyata keçirəcəyini də bildirib. Eyni proqram əvvəlki rübün yekunlarına əsasən də başladılmışdı