ABŞ-ın prezidenti Donald Tramp, BRİKS ölkələrinin beynəlxalq ticarətdə dollara alternativ yaratmaq cəhdlərinə qarşı 100% tariflər tətbiq etməklə hədələyib.
GDP -nin məlumatına görə Tramp əlavə edib ki, əks halda BRİKS ölkələri (Rusiya, Çin, Hindistan, Braziliya, Cənubi Afrika, BƏƏ, Misir, Səudiyyə Ərəbistanı, İndoneziya və İran) “100 faiz tariflə üzləşəcək və ABŞ-ın möhtəşəm iqtisadiyyatında satış imkanlarına əlvida deməli olacaqlar”.
Bu hədənin ciddi olduğu görünsə də, reallaşması ehtimalı azdır. Çünki BRİKS uzun müddətdir vahid valyuta ideyasını ikinci plana atıb və hazırda daha çox milli valyutalarla ödəniş platforması üzərində işləyir.