ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminə (FED)faiz dərəcələrini endirməyə çağırıb.
GDP xəbər verir ki, o, Truth Social sosial şəbəkəsində yazıb ki, faiz dərəcələri endirilsə gömrük rüsumlarının artırılması ilə uyğunlaşar.
Mesaj, ABŞ-da yanvar ayında inflyasiyanın 2,9%-dən 3%-ə qədər sürətlənməsini göstərən məlumatların dərc edilməsindən sonra yazılıb. Analitiklər, göstəricinin əvvəlki səviyyədə qalacağını gözləyirdilər.
Əvvəlcə Tramp, Federal Ehtiyatın faiz dərəcələrini saxlaması qərarını qəbul etmişdi və bunun “doğru qərar” olduğunu qeyd etmişdi. Bununla belə, o, Davosdakı Dünya İqtisadi Forumunda “faiz dərəcələrinin dərhal endirilməsi” ehtiyacını vurğulamışdı.