Close Menu
    What's Hot

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026

    FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

    09 Sentyabr 2026
    Trending
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    • Avto-icbari sığorta üzrə ən çox şikayət edilən sığorta şirkətlərini açıqlanıb-SİYAHI
    • Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026
      Recent

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026

      Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

      09 Sentyabr 2026

      Dələduz adınıza onlayn kredit götürüb: borc kimin üzərində qalır? – Ali Məhkəmədən vacib açıqlama

      08 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » Azərbaycan iqtisadiyyatı tıxaclara görə nə qədər pul itirir?-MİLYARDLARLA ÖLÇÜLƏN ZƏRƏR MƏBLƏĞİ
    Bu günün xəbərləri

    Azərbaycan iqtisadiyyatı tıxaclara görə nə qədər pul itirir?-MİLYARDLARLA ÖLÇÜLƏN ZƏRƏR MƏBLƏĞİ

    10 Mart 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı şəhərində səhər saat 07:00-10:00 və axşam 17:30-20:00 saatları arasında müşahidə olunan intensiv tıxaclar paytaxtın iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Rəsmi məlumatlara əsasən, 2025-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1778,5 min nəfərdir ki, bunun 882,8 min nəfəri dövlət, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır. 2024-cü ilin məlumatlarına görə, orta aylıq nominal əməkhaqqı 1009,2 manat təşkil edib.

    Bakı əhalisinin təxminən 2.3 milyon nəfər oldunu və sakinlərin 60%-nin gündəlik olaraq nəqliyyat vasitələrindən istifadə etdiyini və paytaxtdakı tıxaclardan təsirlənən işçi qüvvəsinin təxminən 70% olduğunu nəzərə alsaq, tıxaclardan birbaşa təsirlənən insan sayı təxminən 746,970 nəfər təşkil edir. Bu insanlar gündə orta hesabla 2,5 saat (səhər və axşam tıxacları birlikdə) yolda keçirirlər, bu da il ərzində 250 iş günü üçün 466,856,250 saat vaxt itkisi deməkdir.

    Bu vaxt itkisini maliyyə dəyərinə çevirdikdə (orta saatlıq əməkhaqqı 5,74 AZN olmaqla), yalnız itirilmiş iş vaxtı ildə təxminən 2,679,755,000 AZN təşkil edir. Lakin tıxacların mənfi təsiri bununla məhdudlaşmır. Yanacaq sərfiyyatının artması, ekoloji zərər və məhsuldarlığın aşağı düşməsi kimi əlavə faktorlar da nəzərə alınmalıdır.

    Tıxacda hərəkət zamanı avtomobillərin yanacaq sərfiyyatı təxminən 30% artır. Paytaxtda gündəlik olaraq tıxacda olan təxminən 497,980 avtomobilin hər biri orta hesabla 20 km məsafə qət etdiyini və hər 100 km-ə 8 litr yanacaq sərf etdiyini fərz etsək, tıxac şəraitində əlavə yanacaq sərfiyyatı gündə 239,030 litr təşkil edir. Bu, il ərzində 59,757,600 litr əlavə yanacaq və ya 59,757,600 manat əlavə xərc deməkdir.

    Əlavə yanacaq sərfiyyatı eyni zamanda ekoloji zərərə də səbəb olur. Hər litr yanacağın yanması zamanı təxminən 2,3 kg CO₂ atmosferə buraxılır. İllik 59,757,600 litr əlavə yanacaq sərfiyyatı 137,442,480 kg əlavə CO₂ emissiyası yaradır. Bu emissiyanın ekoloji və sağlamlıq zərərini hər kiloqram üçün 0,05 manat ilə qiymətləndirsək, illik ekoloji zərər 6,872,124 AZN təşkil edir.

    Bundan əlavə, tıxaclarda keçirilən vaxt insanların stress səviyyəsini artırır və iş effektivliyini azaldır. Tıxacların yaratdığı stress və yorğunluğun iş məhsuldarlığını təxminən 5% azaltdığını nəzərə alsaq, bu Azərbaycanın illik ÜDM-nin (təxminən 80 milyard manat) işçi qüvvəsinin təsirlənən hissəsinə mütənasib olan payına tətbiq olunur ki, bu da təxminən 746,970,000 manat məhsuldarlıq itkisi deməkdir.

    Bütün bu faktorları birləşdirdikdə, Bakı şəhərindəki tıxacların Azərbaycan iqtisadiyyatına vurduğu illik zərər təxminən 3,493,354,724 manat və ya ölkə ÜDM-nin təxminən 4,4%-i qədər qiymətləndirilir. Bu, əhəmiyyətli iqtisadi itki olmaqla paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ictimai nəqliyyatın inkişafı və iş saatlarının optimallaşdırılması kimi tədbirlərin iqtisadi səmərəliliyinin yüksək olduğunu göstərir. Belə tədbirlər həyata keçirildikdə ölkə iqtisadiyyatına əhəmiyyətli fayda təmin edə bilər.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

    09 Sentyabr 2026

    Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

    08 Sentyabr 2026

    Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

    08 Sentyabr 2026

    Xəzinədarlıq orqanları 8 ayda 864 mindən çox ödəniş tapşırığını icra edib

    08 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.