Nvidia Corp. süni intellekt çat-botu ChatGPT-in yaradıcısı OpenAI-a 100 milyard dollara qədər sərmayə yatırmaq niyyətindədir.
GDP xəbər verir ki, bazar ertəsi şirkətlər strateji əməkdaşlığa dair niyyət protokolu imzalayıblar, bu barədə Nvidia-nın mətbuat relizində bildirilir.
Əməkdaşlıq çərçivəsində OpenAI-nin növbəti nəsil İİ infrastrukturunun qurulması üçün ümumi enerji sərfi ən azı 10 GVtolan Nvidia sistemlərinin istifadəsi nəzərdə tutulur. Bu sistemlər şirkətin “güclü İİ” yaratmaq məqsədi ilə süni intellekt modellərinin öyrədilməsi və işlədilməsi üçün istifadə olunacaq.
İnfrastruktur məlumat emalı mərkəzlərini və enerji istehsal güclərini əhatə edəcək.
Qeyd edək ki, bazar ertəsi keçirilən ticarətlərdə Nvidia səhmləri 3,7% bahalaşıb.