Microsoft-un prezidenti şirkətin süni intellektə milyardlarla dollar sərmayə qoymasına baxmayaraq yox ola biləcəyindən ehtiyat edir.
GDP xəbər verir ki, son vaxtlar Microsoft-da iri miqyaslı ixtisarlar baş verir — minlərlə əməkdaş işdən azad olunur. Bir çox işçilər artıq iş mühitində dəyişiklikləri hiss edirlər: sabitliyin yerini daim işdən çıxarılma və ya İİ ilə əvəz olunma qorxusu tutur.
Baş direktor Satya Nadella qorxur ki, Microsoft vaxtında uyğunlaşa bilməsə, “köhnəlmiş” şirkətə çevrilə bilər. O, bir vaxtlar lider olan, lakin strateji səhvlər və dəyişikliklərə tez uyğunlaşa bilməməsi səbəbindən rəqiblər tərəfindən sıxışdırılan Digital Equipment Corporation şirkətini xatırladır.