Close Menu
    What's Hot

    “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb

    16 Aprel 2026

    Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq

    16 Aprel 2026

    AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

    15 Aprel 2026
    Trending
    • “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb
    • Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq
    • AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib
    • Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq
    • “Rabitəbank” 2026-cı ilin i rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
    • Mülki dövriyyədə radio avadanlıqları: İKTA 5,091 ədəd üçün icazənin lazım olmadığını bildirib
    • Neft Fondu Çin və İndoneziya suveren fondları ilə birgə Çin-ASEAN investisiya platformasında tərəfdaş oldu– 520 milyon dollar cəlb olunub
    • Mərkəzi Bank yenilənmiş 100 manatlıq əsginasları tədavülə buraxır
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

      15 Aprel 2026
      Recent

      AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib

      15 Aprel 2026

      “Rabitəbank” 2026-cı ilin i rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

      15 Aprel 2026

      Neft Fondu Çin və İndoneziya suveren fondları ilə birgə Çin-ASEAN investisiya platformasında tərəfdaş oldu– 520 milyon dollar cəlb olunub

      15 Aprel 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Azərbaycanda 500 min manat kapital ilə yeni broker şirkət yaradılıb

      07 Aprel 2026

      Bakı Fond Birjasında qiymətli kağızların ticarətinə icazə verilməsi üçün yeni listinq qaydaları açıqlanıb

      06 Aprel 2026

      İlyas Nuriyev “Troni İnvestisiya Şirkəti” QSC-nin direktor müavini təyin edilib

      06 Aprel 2026

      Qlobal birjaların son göstəriciləri

      13 Aprel 2026

      Atəşkəs dalğası Wall Street-də: Neft şirkətləri gerilədi, aviadaşıyıcılar yüksəldi

      08 Aprel 2026

      Neft kəskin ucuzlaşdı, bitkoin və qızıl yüksəldi-qlobal bazarlarda qarışıq mənzərə

      08 Aprel 2026

      Kriptovalyuta, səhm, valyuta və əmtəə bazarında son vəziyyət

      08 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Ethereum-da sabit kriptovalyutaların həcmi 10,3 milyard dollar artıb

      07 Aprel 2026

      ​Polymarket platformasında texniki boşluq treyderə 600 min dollar qazandırdı

      30 Mart 2026

      Bitcoin istehsal edən saat yaradıldı

      16 Mart 2026

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Qlobal birjaların son göstəriciləri

      13 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Atəşkəs dalğası Wall Street-də: Neft şirkətləri gerilədi, aviadaşıyıcılar yüksəldi

      08 Aprel 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb

      16 Aprel 2026
      Recent

      “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb

      16 Aprel 2026

      Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq

      16 Aprel 2026

      Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq

      15 Aprel 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Pauell: Faiz dərəcələri ilə bağlı “risksiz yol” yoxdur
    Bu günün xəbərləri

    Pauell: Faiz dərəcələri ilə bağlı “risksiz yol” yoxdur

    24 Sentyabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell bildirib ki, inflyasiya hələ də yüksək səviyyədə qalır, əmək bazarı isə zəifləyir və bu səbəbdən mərkəzi bankın növbəti siyasət addımı üçün “risksiz yol” mövcud deyil.

    “Bu, çətin vəziyyətdir,” – Pauell çərşənbə axşamı Rod-Aylenddəki çıxışında deyib. O, FED-in maksimum məşğulluq və qiymət sabitliyi üzrə ikili hədəfləri arasında balans saxlamalı olduğunu vurğulayıb. “İkitərəfli risklər o deməkdir ki, risksiz yol yoxdur,” – deyə o əlavə edib.

    Pauell çıxışında keçən həftə FED-in uçot dərəcəsini 25 baza bəndi azaltması və ilin sonuna qədər daha iki dəfə 25 baza bəndlik azaldılmanın mümkünlüyü ilə bağlı açıqlamalarını təkrarlayıb.

    FED rəhbəri çətin vəziyyətdədir: bir tərəfdən qurum daxilində gələcək siyasət kursu ilə bağlı fikir ayrılığı var, digər tərəfdən isə Ağ Ev faizlərin daha da azaldılması üçün güclü təzyiq göstərir.

    FED-in yeni üzvü, qubernator Stiven Miran bazar ertəsi çıxışında bildirib ki, uçot dərəcəsi hazırkı 4% – 4,25% aralığından təxminən 2 faiz bəndi aşağı olmalıdır. Onun sözlərinə görə, hazırkı dərəcələr həddindən artıq məhduddur və bu, işdən çıxarılmaların artmasına və işsizliyin dərinləşməsinə səbəb ola bilər. Miran ötən həftə FED-in 25 baza bəndlik azaldılmasına qarşı çıxan yeganə üzv olub və daha böyük – 50 baza bəndlik azaldılmanı dəstəkləyib.

    Əmək bazarındakı zəifləmə əlamətləri son qərara təsir etsə də, bir çox FED rəsmisi əlavə faiz azaldılmalarında ehtiyatlı davranmağa çağırır. Onların fikrincə, inflyasiya hələ də FED-in 2%-lik hədəfindən yüksəkdir. Sent-Luis FED-in prezidenti Alberto Musalem bildirib ki, o, işsizliyin artması riskinə qarşı “ehtiyat tədbiri” kimi faiz azaldılmasını dəstəkləyib, amma əlavə azaldılmaların inflyasiyanı artırmaq ehtimalını da vurğulayıb.

    Atlanta FED-in prezidenti Rafael Bostik isə Wall Street Journal-a müsahibəsində inflyasiya ilə bağlı narahatlıqların oktyabrda əlavə azaldılmanı dəstəkləməsinə mane ola biləcəyini deyib.

    FED-in üstünlük verdiyi inflyasiya göstəricisi – İstehlak Xərcləri (PCE) indeksi hazırda 2,9% təşkil edir. Avqust ayına dair yeni göstərici isə cümə günü açıqlanacaq.

    Pauell yenidən ABŞ prezidenti Donald Trampın açıqlamalarına münasibət bildirməyib. Tramp dəfələrlə daha aşağı faizlərin tərəfdarı olduğunu bəyan edib və Pauelli “dərəcələri azaltmaqda gecikməkdə” tənqid edib. Lakin FED sədri bildirib ki, qurum tariflərin inflyasiyaya təsirini diqqətlə izləyir və uzun müddət əlavə dəyişiklik üçün əsas görməyib.

    “Bizim mövqeyimizdən məsuliyyətli olan addım izləmək və gözləmək idi,” – Pauell çıxışdan sonra sual-cavab sessiyasında deyib. – “Bizim işimiz ondan ibarətdir ki, inflyasiya ilə bağlı səhvə yol verməyək.”

    O, həmçinin FED-in siyasətində siyasi motivlərin olduğunu iddia edənlərə də cavab verib:
    “Bizi siyasi olmaqda ittiham edənlərin çoxu sadəcə ucuz populizmə əl atır,” – deyə Pauell qeyd edib.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    İlon Maskdan Telegrama rəqib: “XChat” messenceri aprelin 17-də buraxılır

    13 Aprel 2026

    Orban Tisza Partiyasının liderini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

    13 Aprel 2026

    Rusiyanın neft vergi gəlirləri apreldə ikiqat artaraq 9 milyard dollara çata bilər – Reuters

    10 Aprel 2026

    OPEC+ may ayında neft hasilatını gündəlik 206 min barrel artırır

    05 Aprel 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.