Lufthansa aviaqrupu genişmiqyaslı kadr azaldılması planlaşdırır. Reuters-in mənbələrinin məlumatına görə, yaxın illərdə təxminən 20% inzibati vəzifələrin ləğv edilməsi barədə amüzakirələr aparılır. Bu, bir neçə min əməkdaşa təsir edə bilər.
GDP xəbər verir ki, hazırda Lufthansa Qrupunda təxminən 103 min nəfər işləyir.
Lufthansa aviaşirkətinin baş direktori Yens Ritter xərclərin artması səbəbilə bir sıra Almaniya aeroportlarından uçuşların azadılması barədə xəbərdarlıq edib. Bremen, Drezden, Köln, Leypsiq, Münster, Nürnberq və Ştutqart kimi şəhərlərə uçuşlar təhlükə altındadır. Ritter hökuməti vədinə əməl etməməkdə ittiham edərək kəskin tənqid edib.
O, bildirib: “2026-cı il üçün büdcə layihəsində Almaniyadan hava daşımaları üçün heç bir güzəşt nəzərdə tutulmaması çox təəssüffləndiricidir“.