2023-cü ilin 31 dekabr tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərinin ümumi dəyəri 34 milyon 793,463 min manat olmuşdur.
GDP xəbər verir ki, 2024-cü ilin 31 dekabr tarixinə bu göstərici 36 milyon 519,931 min manata yüksəlmişdir ki, bu da 1,726,468 min manatlıq, yəni təxminən 5.0% artımı göstərir.
Qeyd edək ki, ümumilikdə, Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü ilin sonu üzrə aktivlərində müşahidə olunan dəyişikliklər onun iqtisadi və maliyyə stabilliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımları əks etdirir.