Onlayn kontent platforması “OnlyFans” işçi başına düşən gəlirə görə dünyanın ən gəlirli şirkəti elan edilib.
GDP xəbər verir ki, şirkət hər bir əməkdaşına görə 37,6 milyon dollar gəlir əldə edib.
Müqayisə üçün, texnologiya sektorunun nəhəngləri bu göstəricidə xeyli geridə qalıb. NVIDIA hər işçiyə 3,6 milyon dollar, Apple 2,4 milyon dollar, Meta 2,2 milyon dollar, Google isə 1,9 milyon dollar gəlir gətirib.