Carlsberg şirkəti cəmi 12 millimetr hündürlüyündə və 0,05 millilitr (bir damcı) həcmində olan dünyanın ən kiçik spirtsiz pivə butulkasını istehsal edib.
Miniatür butulka tam etiket və qapaqla təchiz olunub. Şirkətin məlumatına görə, bu simvolik layihə insanların alkoqoldan məsuliyyətli istifadəsinin vacibliyini xatırlatmaq məqsədi daşıyır.
Carlsberg nümayəndələri bildiriblər ki, layihə həm brendin innovativ ruhunu, həm də sağlam həyat tərzinin təbliğinə verdiyi önəmi vurğulayır.


