Sızdırılmış daxili sənədlərə görə, Amazon şirkəti 2027-ci ilə qədər ABŞ-da 600 minədək işçini robotlarla əvəz etməyihədəfləyir.
GDP xəbər verir ki, Amazon-un robototexnika bölməsi şirkətin əməliyyatlarının 75 faizini avtomatlaşdırmaq üzərində işləyir. Bu proses nəticəsində yalnız ABŞ-da 160 min iş yerinin ləğv ediləcəyi gözlənilir.
Sənədlərdə qeyd olunur ki, avtomatlaşdırma şirkətə hər məhsul üzrə təxminən 30 sent qənaət etməyə imkan verəcək. Layihənin 2027-ci ilə qədər tam gücü ilə işləməsi planlaşdırılır.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu dəyişikliklər Amazon-un əməliyyat səmərəliliyini artırsa da, ABŞ əmək bazarında ciddi sosial və iqtisadi təsirlər yarada bilər.

