Forbes jurnalının yeni siyahısına əsasən, dünyanın ən gənc milyarderləri 22 yaşlı üç sahibkardır.
GDP xəbər verir ki,onların hamısı Amerikadan olub süni intellekt sahəsində fəaliyyət göstərən “Mercor” startapının həmtəsisçiləridir.
Adarsh Hiremath, Brendan Fudi və Surya Midhinin hər birinin şəxsi sərvəti 2,2 milyard ABŞ dollarıolaraq qiymətləndirilir. Onların şirkəti “Mercor” isə oktyabr ayında şəxsi investorlar tərəfindən 10 milyard dollar dəyərində qiymətləndirilib.
Forbesin “40 yaşdan gənc, öz sərvətini özü qazanmış ən varlı insanlar” kateqoriyası üçün hazırladığı siyahıda həmçinin qeyd olunur ki, məşhur müğənni Beyonce tarixdə beşinci milyarder musiqi ifaçısı olub. Bu siyahıya əvvəllər Jay-Z, Taylor Swift, Rihanna və Bruce Springsteen daxil olublar.

