Şirkətin mətbuat açıqlamasına görə, 2025-ci ildə Mercedes-Benz avtomobillərinin satışı 9,2% azalaraq 1,8 milyon ədəd təşkil edib.
GDP xəbər verir ki, Avropada (Avropa İttifaqı ölkələri, Böyük Britaniya, İsveçrə və Norveç) avtomobil satışı 1% azalaraq 634,6 min ədədə düşüb. O cümlədən Almaniyada göstərici demək olar ki, dəyişməyib və 213,2 min avtomobil olub.
Asiyada satışlar 16% kəskin azalaraq 747 min avtomobilə enib. Bu azalma xüsusilə Çində daha nəzərəçarpan olub — burada satışlar 19% azalaraq 551,9 min ədəd təşkil edib.
Şimali Amerikada satışlar 12% azalaraq 320,6 min avtomobilə düşüb. ABŞ-da da eyni səviyyədə — 12% azalma qeydə alınıb və satış həcmi 284,6 min ədəd olub.
Digər regionlarda isə əksinə, satışlarda 17% artım müşahidə edilib və ümumilikdə 98,7 min avtomobil satılıb.

