İranla əlaqəli kiberhakerlər Amerika tibb şirkəti Stryker-ə kiberhücum həyata keçirib.
GDP xəbər verir ki, hakerlər şirkətə məxsus 200 min cihazdakı məlumatları silərək ofislərin müvəqqəti bağlanmasına səbəb olublar.
“Wall Street Journal” qəzetinin məlumatına görə, hücum zamanı İranla əlaqəli haker qrupunun loqosu şirkətin daxili sisteminə giriş səhifələrində peyda olub. Hadisə ABŞ-ın kritik infrastruktur obyektlərinə qarşı kibertəhdidlərin artdığı bir dövrdə baş verib.


