ABŞ məhkəməsi milyarder iş adamı İlon Maskı Twitter (hazırda X platforması) şirkətini satın almadan əvvəl onun dəyərini aşağı salmaq məqsədilə qrinmeyl (hədələ yolu ilə təzyiq) etməkdə təqsirli bilib.
GDP xəbər verir ki, ki, qərar CNN telekanalının yaydığı məlumatda işıqlandırılıb.
Məhkəmə materiallarına əsasən, Mask 2022-ci ildə Twitter-i 44 milyard dollara satın alacağını açıqladıqdan dərhal sonra sosial şəbəkədə sövdələşmənin “dayandırıldığını” və saxta hesabların payı yoxlanılana qədər prosesin irəliləməyəcəyini bildirib. O, həmin dövrdə Twitter-in rəsmi olaraq 5%-dən az olduğunu açıqladığı saxta hesabların real nisbətinə şübhə etdiyini ifadə edib.
İş üzrə iddiaçıların vəkilləri bildiriblər ki, Maskın bu açıqlamaları şirkətin səhmlərinin kəskin dəyər itirməsinə səbəb olub. İnvestorlar sövdələşmənin pozulacağından qorxaraq səhmlərini ucuz qiymətə satmağa məcbur qalıblar. Bir qrup səhmdar kollektiv iddia qaldıraraq, Maskın sosial media paylaşımları nəticəsində maddi ziyan gördüklərini iddia edib.

