Honda, Bentley, Audi və Porsche kimi avtomobil istehsalçıları daxili yanma mühərrikli avtomobillərə tələbatın davam etməsi, ABŞ və Avropada dəstək tədbirlərinin ləğvi səbəbindən elektromobil strategiyalarından geri çəkilir.
GDP xəbər verir ki, Financial Times-ın məlumatına görə, Honda növbəti 2 ildə 16 milyard dollar zərər proqnozlaşdırır. Strategiya dəyişiklikləri son bir il ərzində sektor üzrə ən azı 75 milyard dollar itkiyə səbəb olub.

