ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan United Airlines yanacaq xərclərinin artması səbəbindən marşrutlarını 5% azaldır.
GDP xəbər verir ki,şirkətin baş direktoru Skott Kirbi daxili məktubda neftin bir barrelinin 175 dollar olacağını proqnozlaşdırdıqlarını və qiymətlərin 2027-ci ilin sonunadək 100 dolların üzərində qala biləcəyini bildirib.
Asiyada da eyni tendensiya
Vyetnam aviaşirkətləri də bilet qiymətlərini artırır və aprel ayından etibarən Vyetnamla Yaponiya arasında çoxsaylı reysləri ləğv edir.

