2026-cı ilin birinci yarısında Azərbaycanda elektron dövlət satınalmaları nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, yanvar–iyun aylarında ümumilikdə 3 489 elektron satınalma keçirilib. Bu satınalmaların ümumi məbləği 1,7 milyard manat təşkil edib.
Hesabat dövründə elektron satınalmalar nəticəsində qənaət olunan 294,3 milyon manatın ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7% olub.
Agentlik bildirir ki, əldə edilən nəticələr dövlət vəsaitlərindən daha səmərəli istifadəyə, maliyyə intizamının gücləndirilməsinə, əlavə xərclərin minimuma endirilməsinə və satınalma məsrəflərinin optimallaşdırılmasına imkan yaradıb.
Dövlət satınalmalarında rəqabət göstəricilərinə əsasən, ilin ilk 6 ayında açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı 3,5 olub. Açıq tender metodu üzrə bu göstərici 3,7, kotirovka sorğusu metodu üzrə isə 3,4 təşkil edib.
Agentlik hesab edir ki, dövlət satınalmalarında çoxiştirakçılığın təmin olunması sahibkarların dövlət sifarişlərinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, iqtisadi fəallığın stimullaşdırılmasına və satınalma nəticələrinin daha səmərəli formalaşmasına xidmət edir.
Trending
- Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib
- ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
- “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
- İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
- Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
- FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
- Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
- Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək

