Dünyanın aparıcı neft şirkətləri 2026-cı ilin ikinci rübündə mənfəətlərini kəskin artırıblar.
GDP xəbər verir ki, Aramco, BP, Shell, Equinor, TotalEnergies, Eni, Chevron və ExxonMobil şirkətlərinin 2026-cı ilin aprel–iyun aylarında əldə etdikləri ümumi qazanc 90 milyard dolları ötüb. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınan məcmu mənfəətlə müqayisədə təxminən 2 dəfə çoxdur.
Şirkətlər arasında ən yüksək artım Chevron-da qeydə alınıb. ABŞ enerji nəhənginin qazancı illik müqayisədə təxminən 5 dəfə artaraq 2,5 milyard dollardan 12,1 milyard dollara çatıb. Chevron-un baş icraçı direktoru Mayk Virt şirkətin “bütün gücü ilə işlədiyini” bildirib.
Shell isə şirkət tarixində ikinci ən yüksək rüblük nəticəsini qeydə alıb.
Mütləq göstəricilərə görə ən yüksək qazancı Saudi Aramco əldə edib. Səudiyyə Ərəbistanının neft nəhənginin qazancı ikinci rübdə 33 milyard dolları ötüb.
Beləliklə, dünyanın səkkiz iri neft şirkətinin cəmi üç ay ərzində əldə etdiyi qazanc 90 milyard dollardan çox olub.

