Avrozonada istehlak qiymətləri avqust ayında illik müqayisədə 3,3% artıb. Bu barədə Avropa İttifaqının statistika qurumunun açıqladığı ilkin məlumatlarda bildirilir.
Beləliklə, avrozonada inflyasiya əvvəlki ayla müqayisədə sürətlənib. İyulda illik inflyasiya 2,9% təşkil etmişdi.
Avqust göstəricisi 2023-cü ilin sentyabrından bəri qeydə alınan ən yüksək inflyasiya səviyyəsi olub.
İnflyasiyanın dinamikası Trading Economics tərəfindən sorğuda iştirak edən analitiklərin konsensus proqnozu ilə üst-üstə düşüb

