Apple-ın yeni CEO-su Con Ternus 2027-ci ildə 58 milyon dollar həcmində bonus paketi alacaq.
GDP xəbər verir ki,direktorlar şurası şirkətin rəhbəri vəzifəsinə başlayan Con Ternus üçün mükafatlandırma şərtlərini təsdiqləyib. Paketə baza əməkhaqqı, illik bonus və fəaliyyət göstəricilərinə bağlı uzunmüddətli səhm mükafatları daxildir.
Məbləğ əvvəlki rəhbərin kompensasiya paketi ilə müqayisədə daha təvazökar görünür ki, bu da korporativ idarəetmədə prioritetlərin dəyişdiyini göstərir. Dərhal ödənişlərdən çox uzunmüddətli stimullara üstünlük verilməsi şirkətin qısamüddətli kapitallaşmadan deyil, dayanıqlı artımdan yana olduğunu göstərir.
AAPL investorları üçün əsas məsələ kompensasiya paketinin həcmi deyil, smartfon bazarının artım tempinin zəiflədiyi və süni intellekt sahəsində rəqiblərin təzyiqinin artdığı şəraitdə Ternusun hansı strategiyanı həyata keçirəcəyidir. Şərtlər gələcəkdə artım istiqamətində yenidən nəzərdən keçirilməsə, bazarın bu xəbərə neytral reaksiya verməsi gözlənilir.

