Microsoft-un qurucusu Bill Qeyts süni intellektin (Sİ) qlobal səviyyədə tənzimlənməsi ilə bağlı razılığın əldə edilməsinin nüvə arsenallarının azaldılmasına dair razılaşmalardan daha çətin ola biləcəyini bildirib.
Qeyts bu fikirləri NBC News-a müsahibəsində səsləndirib. O, süni intellekt texnologiyalarının təhlükəsiz inkişafını təmin etmək üçün yalnız bu sahədə fəaliyyət göstərən şirkətlərin özünütənzimləməsinin kifayət etməyəcəyini vurğulayıb.
Milyarder hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda hökumətlərin və beynəlxalq qurumların prosesdə iştirakı zəruridir.
Qeyd edək ki, Bill Qeyts daha əvvəl süni intellekt sahəsinə nəzarət edəcək beynəlxalq təşkilatın yaradılmasını təklif edib.

