cbari Sığorta Bürosu (İSB) Böyük Britaniyanın “Investors in People” təşkilatının “We Invest in People – Silver” (Gümüş) akkreditasiyasını əldə edib.
GDP xəbər verir ki, akkreditasiya Büronun insan kapitalının idarə edilməsi, liderlik, təşkilati mədəniyyət, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsindəki təcrübələrinin beynəlxalq qiymətləndirilməsi əsasında verilib.
“We Invest in People” proqramı “Standard”, “Silver”, “Gold” və “Platinum” olmaqla dörd səviyyəni əhatə edir. İSB qiymətləndirmədə ilk dəfə iştirak edərək birbaşa “Silver” səviyyəsinə layiq görülüb.
Qiymətləndirmə zamanı Büronun liderlik yanaşmaları, strateji məqsədlərin əməkdaşlara çatdırılması, fəaliyyətin qiymətləndirilməsi və motivasiya mexanizmləri araşdırılıb. Həmçinin təlim və karyera inkişafı imkanları, əməkdaşların qərarvermədə iştirakı və daxili kommunikasiya təcrübələri nəzərdən keçirilib.
İSB insan kapitalının inkişafını rəqəmsal transformasiya, texnoloji innovasiyalar və vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi üzrə strateji hədəflərinin mühüm tərkib hissəsi kimi müəyyənləşdirib.
Büro qiymətləndirmənin nəticələrini nəzərə alaraq liderlik bacarıqlarının gücləndirilməsi, əməkdaşların iştirakçılığının artırılması və peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir.

