Azərbaycanda “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi xidmətləri ilə bağlı indiyədək 3 015 şikayət daxil olub.
GDP.AZ xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) yaydığı məlumatda bildirilir.
Məlumata görə, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. 2024-cü ilin aprelindən etibarən isə sistem vasitəsilə poçt rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna başlanılıb.
İKTA poçt rabitəsi xidmətlərindən istifadə zamanı problemlə qarşılaşan vətəndaşlara ilk növbədə xidmət aldıqları operatorun rəsmi əlaqə vasitələrinə müraciət etməyi tövsiyə edir.
Məsələ həllini tapmadıqda isə vətəndaşlar “mygov” platforması üzərindən “E-Şikayət” xidmətindən istifadə edə bilərlər.

