Avropa İttifaqı Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Kiyev üçün silah alışına Macarıstanın veto qoymasını yan keçəcək mexanizm hazırlayıb.
GDP xəbər verir ki, bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.
Onun sözlərinə görə, əvvəllər Rusiya aktivlərindən istifadə təklifini rədd edən Budapeşt “[onların] istifadəsi ilə bağlı qərarda iştirak etməməlidir”. Borrell qeyd edib ki, vetodan yan keçmə mexanizmi “hər hansı hüquqi qərar kimi mürəkkəb, lakin işlək” olacaq.
Nəşrin məlumatına görə, Aİ xarici işlər nazirləri bu sxemi iyunun 24-də keçiriləcək iclasda müzakirə edəcəklər.
Trending
- Qarlı-şaxtalı hava sığorta hadisələrinin sayını artırıb: 484 müraciət
- Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına daha bir təyinat olub
- Fərid Hüseynov Bir Ecosystem-nin Baş İcraçı direktoru təyin olundu
- Aqrar Sığorta fondu tərəfindən şaxtavurma hadisələri üzrə 915 min manat sığorta ödənişi həyata keçirilib.
- Trampın Davosda çıxışı-Canlı yayım
- NEQSOL Holding nadir minerallar və mədən investisiyaları üzrə qlobal müzakirələrə qatılıb
- Fitch Ratings: “Azərbaycanın bank sektoru COVID-19 dövründən əvvəlki mərhələyə nisbətən daha dayanıqlıdır”
- Azərbaycanda ilk dəfə qadın bank rəhbəri təyin olunub-“Azər-Türk Bank”ın rəhbəri dəyişib

