ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 3,59 milyon barel artıb.
GDP xəbər verir ki, bu barədə ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 3,59 milyon barel artaraq 460,7 milyon barrelə çatıb, ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.
Benzin ehtiyatları 2,65 milyon barel artıb. Kommersiya distillat ehtiyatları 377 min barel azalıb.
Mütəxəssislər neft ehtiyatlarının 2,82 milyon barel, benzin ehtiyatlarının 1,5 milyon barel, distillə ehtiyatlarının isə 1,05 milyon barrel azalacağını gözləyirdilər.