Mənim neft ixrac edən ölkələrə pis xəbərim var. Bizim dövrümüzdə ABŞ daha çox neft hasil edəcək, daha çox neft ixrac edəcək.
Bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
O bildirib:”İqlim dəyişiklikləri ilə bağlı bütün standartlar ləğv ediləcək, neft şirkətlərinə tam yaşıl işıq yandırılacaq.ABŞ dünyada OPEK kartelinə neftin qiymətinin süni şəkildə qaldırmasına imkan verməyəcək. Neft qiymətləri enəcək. American Energy Dominance planımız mərhələ-mərhələ həyata keçəcək”.