Sentyabrda şokoladın qiymətləri kəskin artacaq.
GDP xəbər verir ki,istehsalçılar kakao paxlasının maya dəyərinin azalmasına baxmayaraq, qiymətlərin 40-50% indeksləşdirilməsi barədə xəbərdarlıq ediblər.
Sentyabrın 1-dən etibarən Mars barları, Twix, Snickers və digər Mars məhsullarının qiymətləri 15-20% artacaq. İstehsalçı xəbərdarlıq edib ki, Extra Cacao xəttindən Ritter Sport şokoladının qiymətləri dərhal 40%, Extra Nuts xəttindən isə 27% artacaq.