Bayden administrasiyası dövründə büdcə kəsiri 6,6 trilyon dollara çatıb ki, bu da rekord göstərici hesab olunur.
GDp xəbər verir ki, əvvəlki prezident Donald Trampın ümumi kəsiri 5,6 trilyon dollar təşkil edib.
Corc Buş 2001-ci ilin sonunda büdcənin illik profisiti əldə etdiyi sonuncu ABŞ lideri idi – 130 milyard dollar. Büdcə kəsirini maliyyələşdirmək üçün ABŞ dövlət borcunu artırmağa əl atır – bu ilin iyulunda o, ilk dəfə olaraq 35 trilyon dolları ötüb.