Sentyabrın 2-dən “Microsoft” şirkəti Rusiya Federasiyasında qeydiyyatdan keçmiş bütün hüquqi şəxslərin bulud abunəliyinə çıxışını məhdudlaşdıracaq.
GDP xəbər verir ki, bu barədə Amerika korporasiyasından şirkətə daxil olan bildirişə istinadən Softline PJSC məlumat yayıb.
Girişin məhdudlaşdırılacağı məhsulların siyahısı təqdim edilmir. Softline Microsoft-dan məhdudiyyətlərə məruz qalan məhsulların siyahısını və buludda saxlanılan məlumatların mövcud olma tarixlərini adlandırmağı xahiş edib.