Türkiyə “Pentaqonu”nun tikintisi 2025-ci ildə başa çatacaq.
GDP xəbər verir ki, Türkiyənin “Pentaqonu” kimi tanınan Türkiyə hərbi-inzibati kompleksinin tikintisinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Aypara formalı binanın təməli 2021-ci ildə prezident Ərdoğan tərəfindən qoyulub.
Türkiyənin Daily Sabah qəzetinin məlumatına görə, yeni kompleks Amerika Pentaqonundan bir yarım dəfə böyük olacaq. Binada Müdafiə Nazirliyi, Baş Qərargah və Türkiyə Silahlı Qüvvələrinin bütün bölmələri yerləşəcək.