BMW ilk dəfə Avropada elektrikli avtomobil satışında Tesla-nı ötüb
GDP xəbər verir ki, Almaniyanın Bayerische Motoren Werke AG (BMW) şirkəti iyul ayında ilk dəfə Tesla Inc-i ötüb. Şirkətin Avropada elektrikli avtomobil bazarında liderliyi ələ alması mümkün olub.
Jato Dynamics bazar araşdırması firmasının sorğusuna əsasən, regionda tamamilə elektrikli BMW avtomobillərinin satışları keçən ay üçdə birdən çox artaraq 14 869 ədədə çatıb. Tesla avtomobillərinin satışı 16% azalaraq 14 561 ədəd olub.