LUKOIL-in xalis mənfəəti ilin birinci yarısında 4,6% artıb.
GDP xəbər verir ki,LUKOIL-un səhmdarlara aid olan xalis mənfəəti, ilin birinci yarısında 590,2 milyard rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.
Gəlir 1,2 dəfə artaraq 4,3 trilyon rubla çatıb. İkinci rübdə xalis mənfəət illik müqayisədə 7,6% azalaraq 279,6 milyard rubl, gəlir də 1,2 dəfə artaraq 2,3 trilyon rubl təşkil edib.