Avqust ayında ABŞ-da pərakəndə satışlar proqnozları üstələyərək 0,1% artıb
GDP xəbər verir ki, ABŞ-da avqustda pərakəndə satışlar iyul ayı ilə müqayisədə 0,1% artıb, ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
Analitiklər orta hesabla 0,2% azalma proqnozlaşdırmışdılar. Yenidən emal olunmuş məlumatlara görə, pərakəndə satışlar iyul ayında əvvəllər bildirildiyi kimi 1% deyil, 1.1% artıb.